"Serbiya Azərbaycan üçün vacib ölkədir" - DEPUTAT ŞƏRH ETDİ

"Vətən müharibəsindəki şanlı Qələbəmiz bizi həm də dünyanın güclü dövlətləri sırasına daxil edib. O cümlədən liderimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın hörmət edilən, seçilən siyasi xadimlərindən biridir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, son zamanlar ölkə başçısının xarici səfərləri və bu səfərlər çərçivəsində ölkəmiz üçün çox önəmli məsələlərin müzakirəsi, çox vacib xarici tərəfdaşları ilə məsələlərin aparılması Azərbaycan Prezidentinin xarici siyasətinin vacib hissəsini əhatə edir: "Həmçinin qonşu və xarici dövlətlərlə dostluq münasibətlərinin inkişaf etdirilməsi bu siyasətin əhəmiyyətli hissəsidir. Ölkə Prezidentinin Serbiyaya səfəri də uğurlu bir səfər kimi qəbul edilməlidir. Belə ki, Serbiya Prezidenti Vuçiçin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi fikirlər bir avropalı insanın dost ölkənin uğurlarını görməsi və qeyd etməki kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, ölkəmizin son zamanlar əldə etdiyi uğurunun qeyd olunması və Serbiya dövlətinin Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsi bu gün diplomatiyamızın uğuru sayılır. Serbiya Azərbaycan üçün vacib ölkədir. Düşünürəm ki, bu dostluq münasibətlərinin inkişaf etdirilməsi üçün görülən işlər, o cümlədən Serbiya-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması hər iki prezidentin həm də şəxsi əlaqələrinin yüksək səviyyədə inkişaf etdirilməsindən asılıdır. Bu səfərlər və ölkə başçısının bu uğurlu gedişləri dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına yönələn addımlardır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə