"Lider yoxdursa, hərəkatdan söhbət gedə bilməz" - DEPUTAT ŞƏRH ETDİ
"Hazırda İranda kütləvi etirazlar, əhalini narazı salan səbəblər var. Xatırlatmaq istərdim ki, dövri olaraq İranda müəyyən tələblərlə bağlı insanların çıxışlarını görməkdəyik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, İranda baş verən hadisələri inqilab adlandırmaq olmaz: "Çünki inqilabın özünəməxsus əlamətləri var. Birinci narazı kütlənin lideri mövcud deyil. Lider yoxdursa hansısa mütəşəkkil təşkilatlanmış hərəkatdan söhbət gedə bilməz. Müvafiq olaraq bu etirazların ciddi nəticəyə gətirib çıxarması indiki müşahidələr əsasında fikir bildirmək olduqca çətindir. Düşünürəm ki, hakimiyyət etirazçı kütlə ilə müəyyən kompramisədə gedə bilər. İnsanların tələbləri dinlənilə bilər, ona uyğun hansısa addım atıla bilər".
Deputat bildirib ki, təxminən 10 il bundan əvvəl İranda daha geniş hərəkat başladı. Lakin indiki dövrdən fərqli olaraq kütlənin liderləri mövcud idi. İndi isə bu kütlənin lideri mövcud deyil. Həmçinin o vaxt siyasi şüarlar səsləndirilmişdi, lakin indi siyasi şüarların çoxluq təşkil etdiyini müşahidə etmirik".
Aytac Xəlilova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB