Tarixi həqiqət ondan ibarətdir ki, ermənilər Azərbaycan ərazilərinə Balkan yarımadasından gəlmə-köçürülüb gətirilmə etnosdur. Onların əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Sonralar bəzi dövlətlər tərəfindən ermənilər müxtəlif vasitələrdə istifadə edilmək üçün Cənubi Qafqaza köçürülüblər. Tarixi faktlara istinadən qeyd etmək olar ki, ermənilərin Azərbaycan ərazisinə köçürülməsinə əsasən 1441-ci ildən başlanılmışdır. Bu günə qədər Mateadaranda qorunan 1687-ci il tarixli sənəddə göstərilir ki, ermənilər torpaqları ya satın alır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud zorla ələ keçirirlər. İrəvan xanlığı Hüseynəli xanın hakimiyyəti vaxtında (1762-1783) xanlığın sərhədləri daha da böyüyərək Şorayel bölgəsinə qədər uzanmışdır. İrəvan şəhəri-Şimaldan Qırxbulaq, Qərbdən və Cənub tərəfdən Zəngibasar mahalları ilə, Şərq tərəfdən Qərbibasar (Körpübasar) mahallarından ayıran Oxçubert dağının daşlı pillələri ilə həmsərhəd idi. Rusiya çarizminin İrəvan xanlığını zəbt etməsi dövründə yalnız İrəvan şəhərində 8 məscid var idi. Rus çarizmi 1804-cü ilin mayında Rus ordusunun komandiri general Pavel Sisiyanovun başçılığı ilə İrəvan xanlığının ərazisinə hərəkət edir. Bu xanlıqda ruslar 12 top, 3572 piyada, 3 eskadron, 300 kazak və knyaz Orbelinin başçılığı ilə 200 nəfər gürcü knyazı və əyanlardan ibarət qüvvə cəmləşdirdilər. 1804-cü ilin 24 iyulunda rus qoşunları İrəvana hücuma keçdilər. İrəvan qala qarnizonu 60 topu və 7000 əsgərə malik qüvvə ilə rus döyüşçülərinə qarşı kəskin mübarizəyə qalxdılar.
Rusların məğlubiyyəti və ermənilərin satqınlığı
Yazılı sənədlər təsdiq edir ki, İrəvan qalasının birinci mühasirəsi vaxtı Rusiya tərəfdən 2000-ə qədər əsgər öldürüldü. Tarixi mənbələrdə İrəvan xanlığına rusların ikinci yürüşü qraf Qudoviçin başçılığı ilə 30 oktyabr 1808-ci ildə başladı. İrəvan xanı Hüseynqulu xan rus ordusuna qarşı Gərniçay sahilində gedən döyüşdə məğlub oldu. Qudoviçin qoşunları oktyabrın 3-də Zəngi çayını keçməklə İrəvan xanlığını mühasirəyə aldı. İrəvan xanlığının komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. 1808-ci ilin 17 noyabrında İrəvan qalasına rusların hücumu zamanı döyüşçülərin sayı 3000 nəfərə yaxın idi. Döyüşdə ruslar 1000 nəfərə qədər itki verib döyüşü dayandırmağa məcbur oldular. Mənbələrin məlumatından aydın olur ki, rus qoşunundan 17 zabit, 269 əsgər öldürülmüş və 829 əsgər yaralanmışdır. 1808-ci ilin noyabrın 30-da Qudoviçin komandanlığı altında ruslar Tiflisə qayıtmağa məcbur oldular. Daha sonra İrəvana hücum təşkil olundu. Ermənilərin xainliyi nəticəsində ordu generalı Paskeviçin ordusu tarixi Azərbaycan şəhəri olan İrəvanı işğal etdi. Paskeviçin əmri ilə 1827-ci ilin 2 oktyabrında İrəvan qalasının ruslar tərəfindən işğal olunması ilə bağlı rus qoşunlarının “qələbə” paradı keçirildi. Parad keçirilən zaman İrəvanın qala divarlarının böyük bir hissəsi, tarixin elə bil ki, ədalətsizliyinə tab gətirməyib, uçdu və onun dağıntıları altında çoxlu sayda işğalçı Rusiya döyüşçüsü qalıb məhv oldu.
Ermənilər o zamandan alət olublar
Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri bağlanmış Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə istinad edərək erməniləri tez bir vaxtda hazırki fars-molla rejiminin və Osmanlı imperiyası ərazisindən tam şəkildə Şimali Azərbaycan ərazilərinə köçürməyə başladı. Rusiya ilə hazırki fars-molla rejimi arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizminin təkidi ilə İran ərazisində yaşayan ermənilər tam şəkildə Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirildi. 1829-cu il sentyabrın ikisində Osmanlı ilə Rusiya arasında imzalanmış Ədirnə sülhünün 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir. Türkmənçay müqaviləsinin təsdiq edilməsinin(1828-ci il 20 mart) ertəsi günü Rus çarı I Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman Verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Şah İran hökumeti müharibə vaxtı öz dövlətinə xəyanət gostərərək ruslara qulluq etmiş şəxslərin (əsasən ermənilərin) Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. 1827-ci ilin mayında Rus generalı Paskeviçin xüsusi tələbnamə əsasında ermənilər içində hörmətə sahib olan palkovnik Lazarevski (Qazarov Lazaryan) öz sərəncamına alinması ilə köçürülmənin hazırlıq işlərinə başlanıldı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını vaxtı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il dekabrın 24-dəki Lazarevin Paskeviçə yazdığı Yekun Hesabatında köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazaryev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda bildiridiki artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdi.1828-ci il 26 may tarixli Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən reportda bildirilirdi: Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279ç İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır. Paılkovnik Lazarevin vədinə görə köçənlərin sayı 5 min ailəyə çatdırılmışdı. İ. Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə(1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə(1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559/23588 nəfər, Naxçıvan ətrafında 2137/10652 nəfər, Ordubad dairəsində 250/1340 erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma Erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazaryevin hesabatından məlum olur ki, üç ay yarım ərzində İran bölgəsindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdü, bu da ən azı 40 min nəfər demək idi. Rusiya dövlətinin xəzinəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi. Məsələn, rus tədqiqatçısı N. Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdığını yazır.
Rus çarizmi erməniləri mükafatlandırır
Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, hazırkı fars-molla rejiminin ərazilərində yaşamış ermənilərin Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə- yeni vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə canfəşanlıq göstərən hərbçilər və din xadimləri Rus çarizmi tərəfindən mükafatlandırılırdılar.İkinci Rus-İran müharibəsində rus ordularının qələbəsindən sonra rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluda hücumları başladı. İyunun 23-də Qars qalası işğal edildi. İyulun 24-də rus qoşunları Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdahanı, 28-də Bəyazidi işğal etdilər. 1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından-öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anbadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları vaxtı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Yenə də onlar əsasən Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəlilədikcə II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Hər iki dövlət arasında 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsi bağlandı. Rus-Türk sərhədinə görə Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı. Ədirnə sülhünün 13-cü maddəsinə əsasən Türkityənin işğal olunmuş torpaqlarındakı ermənilər 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi. Türkiyədə yaşayan ermənilərin yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək və eləcədə, Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya report yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “Erməni Vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrın 18-də hərbi nazir Çernişov Paskeviçə bildirdi ki, çar I Nikolay onun təklifini bəyənmişdir. Türkiyənin Qars və onun ıtrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz(Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayor Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirdi.
İrəvan yaxınlığında Sərdərabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M. Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”. 1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə yazdığı məlumata görə, Qars və onun ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən, yaşadıqları ərazinin iqliminə uyğun olan Ələyəz(Alagöz) dağı ətrafında-Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və “Erməni vilayətində” yerləşdirildi. Talış mahalı, Göyçə gölü ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə Pəmbək və Şorəyel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə, Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyruğunda Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun Rus dövləti tərəfindən ayrıldığı bildirildi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “Erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “Erməni Vilayəti” yarandığı vaxt İrəvan əyalətində 4 dairə yaradıldı-İrəvan, Sərdərabad, Şərur, Sürməli.
Ermənilər Qafqazı terror ocağına cevirirlər
Matendaranda saxlanılan tarixi sənədlərə əsaslanan N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edir. 1834-cü ilin Kneral təsvirinə görə ümumilikdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 Azırbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdlər və az bir qismi boşa adlanan qaraçılardan ibarət idi. İ.Şopenin əlyazması 20 cilddən ibarət həmin siyahıya alınmanın nəticələri 1852-ci ildə nəşr edilən “Erməni Vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Onun siyahıyaalınmasına görə müharibədən sonra Erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahiyaalmanın nəticələrinə görə, köçürülməyəcək vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. 1832-ci il siyahıyaalmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar( Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə Azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı. 1840-cı ildə Erməni Vilayəti ləğv edildi. Əvəzində İrəvan qəzası yaradıldı və bu qəza gürcü-imereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan, Aleksandropol(gümrü), Naxçıvan, Ordubad və Novo-Bəyazid(agaöyçə mahalının şərq hissəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi və 1917-ci ilə qədər bu quruluş əsasən dəyişməz qaldı. N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də cox olmuşdu
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB