Əsrə bərabər 30 il - ŞƏRH

21 noyabr 2022 ci il Heydər Əliyev sarayında Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm cıxışı olmuşdur. Bu çıxışda Prezident keçən 30 ildə hakim partiyanın keçdiyi şərəfli yolu dərin təhlil etmiş,qarşıda duran vəzifələr haqqında geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, təsis konfransı Naxçıvanda 500 nəfərin iştirakı ilə keçirilmiş, xalqın bütün bölgələrindən olan insanları birləşdirmişdir. Bu hadisə ölkəmizin tarixində yeni bir səhifənin açılmasını göstərdi.İlk dövrlər müxalifər partiyası kimi yaransa da bir müddət sonra bu siyasi qüvvə dövrün ağır sosial-isqisadi problemlərini öz üzərinə götürmək gücünü göstərdi. Müstəqilliyimiz bir il idi ki, elan olunmuşdu. Demokratik dəyərlər elan olunsa da cəmiyyətdə öz əksini tapmırdı. Bir tərəfdən ağır sosial vəziyyət, digər tərəfdən torpaqlarımızın işğal edilməsi ağır psixoloji mənəvi böhranı daha da dərinləşdirirdi. 1993 cü il aprelində Kəlbəcərin işğalı vəziyyəti daha da mürəkkəbləşdirdi. Hakimiyyətdə olan qüvvələrin təcrübəsizliyi, qeyri-peşəkarlıq, vahid ordunun olmaması vəziyyəti daha da mürəkkəbləşdirmişdi.

Ulu Öndərə inam isə hələ onun Respublikaya rəhbərlik etdiyi birinci dövrdən formalaşmışdı. Bildiyimiz kimi hələ 1969-1982 ci illər Məhz Ulu Öndərin Respublikaya rəhbərliyi dövründə həm iqtisadi-siyasi, həm də mədəni inkişaf göz qabağında idi. Həmçinin Ermənilər Qarabağ problemini heç zaman qaldırmağa cürət etmirdilər. Heydər Əliyev Moskvada yüksək vəzifədə işlədiyi müddətdə də belə olmuşdur. Lakin Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından dərhal sonra xalqımıza qarşı ərazi iddiaları baş qaldırdı. Bu dövrdə erməni separatçıları ərazi iddiaları qaldırmış, vətəndaslarımıza qarşı təcavüzə başlamışdılar.

Heydər Əliyev təqaüddə olanda da 20 Yanvar faciəsi yaşananda da xalqla bir olaraq haqq səsini daima ucaltmış, sovet imperiyasının səhv siyasətini tənqid edərək informasiya blokadasının yarılmasına xidmət gösrərmişdir. Nəhayət çox keçmədi ki hökumət böhranı baş verdi və Ulu Öndəri Naxçıvandan Bakıya dəvət etdilər. Əvvəlcə Ali məclisin sədri seçilən Ulu Öndər çox keçmədi ki, xalqın səyi ilə prezident seçildi. Ölkədə xaos hökm sürürdü. İlk öncə müstəqil Respublikanın konstitusiyası hazırlanıb ümumxalq səsverməsi yolu ilə qəbul olundu. İnkişaf üçün hüquqi baza yaradıldı. Daha sonra enerji lahiyələrinin hazırlanması və icrası ilə əlaqədar işlər görüldü. ”Əsrin müqaviləsi “bağlandı. Siyasi sabitlik yarandı. Qanunsuz silahlı birləşmələr ləğv edildi. Ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı. Dövlət büdcəsinin gəlirləri artırıldı. Müasir silahların alınması, quruculuq abadlıq işlərinin görlməsi Respublikamızın simasını dəyişdi. Xarici siyasətdə atılan uğurlu addımlar respublikamıza qarşı informasiya blokadasının yarılmasında çox mühüm rol oynadı. 1993-2003-cü illəri respublikamız üçün sabitlik illəri kimi xarakterizə etmək olar. Məhz bunun nəticəsidir ki, xalqımız 2003-cü il Prezident seçkilərində Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə səs verdi. Aparılan iqtisadi islahatlar nəticəsində ölkənin büdcə kəsiri azalmış, Milli sərvətimiz isə dəfələrlə artmışdır. 2003-cü ildən bu günə qədər iqtisadi göstəricilərimiz 3 dəfədən çox artmışdır. 44 günlük müharibədə xalqımız böyük rəşadət göstərərək torpaqlarımızı azad etdi. Artiq Dağlıq Qarabağ anlayışı yoxdur. Qarabağ və Şərqi Zəngəzurun inkişafı ilə əlaqədar dövlər proqramları mövcuddur. Siyasətimiz xalqın iradəsini əks etdirir. Xalqımız milli ruhda yasayır, Azərbaycançılıq ideyası ətrafinda birləşir. Son illər yoxsulluq əhəmiyyətli dərəcədə azalmışdır. Bu da aparılan sosial-iqtisadi siyasətin düzgün olduğunu sübut edir.

Ölkəmizin beynəlxalq dayaqları günü-gündən möhkəmlənir. Təsdadüfi deyil ki, 155 ölkənin dəstəyi ilə respublikamız BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. 2019-cu ildə isə ölkəmiz Qoşulmama Hərəkatına sədr seçilmişdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da ölkəmizin tərəfdarları Ermənistandakından çoxdur. Və bu təşkilat Erməni təxribatlarına getmədi. Ermənistanın daxil olduğu Frankofoniya təşkilatı bizə qarşı təxribatlar hazırlamaqda idi. Lakin bu təxribatların da qarşısı alınmışdır.

Qarabağ probleminin həlli Ulu Öndərin siyasi vəsiyyəti idi. 44 günlük müharibədə iqridarlı müxalifətli bütün xalq birləşdi. Ordu və xalq birlik nümayiş etdirdi. Məhz bu birliyin nəticəsində xalqımız tarixi missiyasını yerinə yetirə bildi. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla bütün dünyada başını dik tutub gəzə bilər. Bu gün Qarabağda Şərqi Zəngəzurda quruculuq abadlıq işləri görülür. Bütün bunlar bir daha bizim xalqın böyüklüyünü göstərir.

Elçin Əliyev
Xəzər rayonu, 26 №li məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə