“YAP-ın 30 illiyinə həsr olunan tədbir bizlərdə böyük təəssürat yaratdı”
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıın 30 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.İnsan həyatı, insan münasibətləri çox ciddi və mürəkkəb məsələdir. Həyatın zövqü, sevincləri olduğu kimi, gərgin fikir, əmək, böyük emosional qüvvə və iztirablar yaradan ziddiyyətləri, çətinlikləri də olur.1988-ci ildən bəri başımız çox bəlalar çəkib. Müstəqilliyimizin ilk kövrək addımlarını atdığımız vaxtlar səxavətli xarici havadarlarının təpədən-dırnağadək silahlandırdığı erməni işğalcılara qarşı mübarizə aparmışıq, müqəddəs torpaqlarımızın bir hissəsi zəbt edilib, bir milyondan artıq soydaşımız ağır qaçqın həyatı keçirib.Dünyanın siyasi fırtınaları içində tamam zərif, kövrək bir gəmicikdə öz müstəqilliyinin möhkəmlənməsinə doğru üzən Azərbaycanın, ağır bir kötük kimi beynəlxalq imperializmin gözünə girən Azərbaycanın yarasını sağaltmaq istəyən o dövrdə, həlledici mərhələdə nəhəng təcrübəsi olan və siyasətçi kimi də istedadı olan bir liderə ehtiyacı var idi.Azərbaycanın o vaxtkı problemlərinin, özüdə çox ciddi problemlərinin böyüklüyü ilə Prezident Heydər Əliyevin şəxsiyyətinin miqyası üst-üstə düşürdü. Problemlər nə qədər çox idisə, həmin problemlərlə üz-üzə dayanmış və bu problemlərin həlli uğrunda çalışan adamın şəxsiyyətinin miqyası da o dərəcədə böyük və qadir idi.Qarabağı yenidən özümüzə qaytaran, qacqınlarımızı öz doğma yerlərində məskunlaşdıran, ərazi bütövlüyümüzü və əbədi müstəqilliyimizi təmin etmiş Ümummilli liderin siyasi varisi Cənab İlham Əliyevdə Azərbaycan Prezidenti kimi, eyni kursu davam etdirməklə yanaşı, Böyük Qələbəmiz üçün həm ideoloji zəmin yaratdı, həm də ölkəmizi iqtisadi və hərbi cəhətdən gücləndirdi.Vətən müharibəsində canlarını qurban vermiş müqəddəslər siyahısına respublikamızda yaşayan bütün xalqların övladlarının adları yazılıb. Onlar öz doğma vətəni Azərbaycanı müdafiə ediblər. Milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, bütün əhalinin yaşadığı torpağı Vətən sayması və bu ideal ətrafında sıx birləşməsi — bizim ən böyük nailliyyətimiz, əvəzsiz sərvətimizdir.Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışında demişdir: "Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqrisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, gölgə iqrisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə — bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən, dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan işlahatlar — strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən, Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq qurumlardan asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olaçağıq". Yeni Azərbaycan Partyasının yarqdılmasının 30 illiyinə həsr olunan tədbirində Azərbaycan Kommunist Partiyasının MİK sədri kimi dəvət olunmuş qismində işütirak etmişəm.
Tədbirdən aldığım təssüratlar ondan ibarətbdir ki, əgər biz müstəqilliyimizin, dövlətçiliyimizin naminə yeni qələbələr əldə etmək istəyiriksə və xalqımızın firavan yaşayışını təmin olunması nail olmaq üçün iqtidar da, müxalifət də dövlətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməlidir, dövlətin marağı və qanunları əsasında fəaliyyət göstərməlidir.
Hacı Hacıyev
Azərbaycan Kommunist Partiyası
MİK sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB