“YAP-ın tarixi müstəqil Azərbaycan dövlətçiliyinin tarixi ilə sıx bağlıdır“ - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“YAP-ın tarixi müstəqil Azərbaycan dövlətçiliyinin tarixi ilə sıx bağlıdır“ - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətçiliyinin tarixi ilə sıx bağlıdır. Bu partiyanın təsisçisi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü dövlət olmasının əsaslarını qoyaraq ölkədə sabitliyin bərqərar olmasını təmin etdi. Bunun əsas şərtlərindən biri də ölkədə siyasi sabitliyin təmin olunması idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi Azərbaycanda siyasi sabitliyin əsasını qoymuş və ölkəni dünya birliyində öz layiqli yerini tutmasına gətirib çıxarmışdır: “Məhz bu siyasətin nəticəsində bu gün Heydər Əliyev ideyaları və onun əsasını qoyduğu partiyanın siyasi xətti yaşayır və inkişaf edir”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “İlham Əliyevin 19 illik hakimiyyətinə xalqın davamlı və böyük dəstəyi bir daha sübut edir ki, bu siyasət Azərbaycanın gələcək inkişafı və sabitliyi üçün ən doğru siyasətdir. Çünki bu siyasətin əsası güclü təməllər əsasında qurulmuşdur. Azərbaycanda indiki uğurlar idarəçilik sistemi, monolit siyasi sistem və güclü dövlət prinsipi yalnız Heydər Əliyev kimi dərin dövlətçilik ənənələrinə malik bir şəxsin sayəsində mümkün ola bilərdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə