"Prezident ölkəmizin yeni inkişaf manifestini elan etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Prezident ölkəmizin yeni inkişaf manifestini elan etdi" - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı ölkəmizin qarşıdakı illərdə yeni inkişaf hədəflərini, davam etdiriləcək islahatların yeni trendlərini, iqtisadi-siyasi proqramların ana şüarlarını bəyan etdi. Öz ərazi bütövlüyünü təmin edərək yeni onillik inkişaf mərhələsinə daxil olmuş ölkəmizin iqtisadi-siyasi, sosial-ictimai, humanitar istiqamətlər üzrə hədəfləri güclü və yüksək gəlirli dövlət statusunun möhkəmlənməsinə dərin baza yaratmağa hesablanıb və bu baxımdan YAP Sədri İlham Əliyevin həmin çıxışı proqram xaraterli dərin məzmunlu nitq, həmçininhəmçinin gələcəyə baxışı əks etdirən strategiya kimi qiymətləndirilə bilər”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının gələcək strateji planlarına ilk növbədə, azad cəmiyyət, şəffaf iqtisadiyyat, güclü maliyyə potensialı, sosial rifah cəmiyyətini və demokratik ictimai mühitin təmin edən yeni iqtisadi islahatlar modeli daxildir: “Cənab Prezident bildirdi ki, biz ötən illərdə Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlar həyata keçirmişik və iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması sayəsində hazırkı inkişaf səviyyəsinə çatmışıq. Xüsusilə də son 19 ildə bu sahədə görülən işlər sayəsində iqtisadiyyatımız 3 dəfədən çox artıb. Azərbaycan iqtisadiyyatı 2004-2022-ci illər ərzində özünün inkişafında yeni tərəqqi dövrünü yaşamış, ölkəmizin iqtisadi gücünün göstəricisi olan ÜDM 3,5 dəfə artmışdır. Qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,8 dəfəyə yaxın artaraq 60 milyard manat olmuş, qeyri-neft sənayesində məhsul istehsalı real həcmdə 2,4 dəfə artaraq 5 milyard manatdan 12 milyard manata çatmışdır. Həmçinin, güclü iqtisadiyyatımızın, maliyyə imkanlarımızın formalaşması güclü ordu quruculuğunda əsas amil olub. Güclü ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, işğal olunmuş ərazilərimizi azad edək, ərazi bütölüyümüzü təmin edək. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır”.
A.Hüseynovun fikrincə, hazırda yeni inkişaf mərhələsinə daxil olmuş ölkəmizin qarşısında bir sıra həlli vacib məsələlər durur: “Cənab Prezident qeyd etdi ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması və digər islahatlar davam etdiriləcək. Bu strateji xəttə uyğun olaraq 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olan Azərbaycan dövləti yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Yeni strateji mərhələdəişğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir. İnnovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığı təmin olunacaqdır. Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir”.

Millət vəkili qeyd edib ki, yeni inkişaf hədəfləri sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi layihələrin icrası, biznesin işinin səmərəliliyinin artırılması, yeni sərmayələrin cəlb edilməsi üçün əlverişli sərmayə iqlimi təmin olunması da başlıca məqsədlərdəndir.

A.Hüseynov bildirib ki, Azərbaycanın inkişafmanifesti həm də YAP-ın fəaliyyət fəlsəfəsinin hədəflərini təşkil edir. “Partiyamız Azərbaycanın inkişaf şüarı olan «müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır. YAP-ın ali məqsədi müstəqil Azərbaycanın hərtərəfli inkişafının gücləndirilməsində fəal xidmət etməkdən ibarətdir. Ona görə də YAP öz iqtisadi platformasını dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi hesab edərək Azərbaycanın iqtisadi tərəqqisində fəal rolunu davam etdirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə