30 il Zəfərlərə doğru gedən monolit partiya - YAP

30 il Zəfərlərə doğru gedən monolit partiya - YAP

Bu gün yaranmasının 30-cu ildönümünü 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyulduğu, tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! NİDA!-sını qoyduğu tarixi Zəfər Günümüzün ikinci illiyini etdiyimiz günlər ərəfəsində qeyd edəcəyik. Ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın "dəmir yumruq" əməliyyatı nəticəsində Güclü ordumuzun cəsarəti və rəşadətli əsgər və zabitlərimizin qanı bahasına əldə edildi. Və əldə edilən bu zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!".

Bəli, bu, böyük qələbədir, bu günümüzlə qürur duyuruq. Bu Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Çünki ökəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Beləliklə, Azərbaycanın 91 nəfər görkəmli ziyalımızın imzası ilə Naxçıvana, ulu öndərə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransında ulu öndər Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi. Bunula da Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi və ulu öndər Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı, bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi.
Bu gün xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursun layiqli davamçısı – Qalib Lider Prezidenti İlham Əliyev ötən il martın 5-də partiyanın VII qurultayında proqram xarakterli nitqində bildirdi ki, biz bu tarixi yaxşı bilməliyik: «O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.
“Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”,- söyləyən dövlətimizin başçısı bir daha diqqəti o vaxt cəsarət və milli düşüncə göstərmiş məşhur “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirdi: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular».
Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Çünki görülən işlər və İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir.
Əmirah Mikayılov Vətən müharibəsi Şəhidi "Qarabağ ordeni" ilə təltif edilmiş mayor Azər Mikayılovun atası. YAP Kəlbəcər rayon təşkilatının Veteran üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə