"Tokayev ən böyük dəstəyi İlham Əliyevdən alıb" - TÜRK POLİTOLOQ DANIŞDI

"Tokayev ən böyük dəstəyi İlham Əliyevdən alıb" - TÜRK POLİTOLOQ DANIŞDI

"Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Azərilər və qazaxlar eyni köklərə, mədəniyyətə və qədim tarixi münasibətlərə sahibdir. Həmçinin, bu iki ölkənin xalqları arasında dil və din bənzərliyi də var". Bu sözləri SİA-ya açıqlamasında Türkiyəli politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, çarlıq imperatorluğu və Sovetlər Birliyi dönəmində hər iki millət tək mərkəzdən idarə olunurdu: "Stalin dönəmində isə minlərlə azərbaycanlı Qazaxıstana sürgün edilib. Rəsmi olmayan mənbələrə görə, hal-hazırda 500 minə yaxın azərbaycanlı Qazaxıstanda yaşayır".

Hakan Aktürk sözlərinə belə davam edib: "Azərbaycan və Qazaxıstan arasında uzun tarixə malik olan iqtisadi münasibətlər bu gün də sürətlə davam etməkdədir. Azərbaycanlı neft işçiləri Qazaxıstanın petrol ərazilərində aktiv şəkildə çalışırlar.

Diplomatik münasibətləri 30 avqust 1992-ci il tarixində başladılan bu iki dövlət əlaqələrini 1993-cü il yanvar ayında açılan Qazaxıstan Azərbaycan Səfirliyi ilə bir addım daha möhkəmləndirdi. Günümüzdə isə Azərbaycan-Qazaxıstan münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir.

Bildiyimiz kimi, Qazaxıstanda baş tutan prezident seçkilərində Kasım Cömert Tokayev yenidən qalib gəlib. Qazaxıstandakı prezident seçkilərində Kasım Cömert Tokayev ən böyük dəstəyi cənab İlham Əliyevdən alıb. Bu bundan sonrakı dönəm üçün də önəmlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə