Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının “Tovuz Peşə Liseyi”, “Tovuz Dövlət Sosial İqtisad Kolleci” və “Avaztəpə” ərazi partiya təşkilatlarında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarxlar nümayiş olunub. Çıxışlarda ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyacanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradıldığını, təsis edilməsinin 30-cu il dönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı günlərində işğal edilmiş torpaqlarımızın azad edilməsindən sonra qeyd edildiyini bildirmişlər. Sonda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına Fəxri Fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB