Nəsimi rayonunda səyyar qəbul keçirilib FOTOLAR

Nəsimi rayonunda səyyar qəbul keçirilib FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib. Qəbulda iştirak edən M.Qaşqay, F.Qasımzadə, Ə.Topçubaşov, Kaveroçkin, Bakıxanov, M.Rəfili küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərinə baxılıb.Sakinlərdən Bayramov Elnur, Məmmədova Sədaqət, Qasımova Könül, Bayramova Yasəmən, Qurbanova Aytən, Musayeva Aleksandra, Abutalıbov Müqbil, Əzizov Polad və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, küçənin işıqlandırılması, həyətin və binanın abadlaşdırılması, quru ağacın götürülməsi, yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq. yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması barədə müraciətlər ediblər.Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə, xüsusilə 35 saylı məktəbin yenidən inşa edilərək istifadəyə verilməsinə görə, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlar, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə