Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı YAP Qusar rayon təşkilatı tərəfindən növbəti tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ərazi ilk partiya təşkilatında keçirildi.Tədbirdə müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən səhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS ərazi partiya təşkilatlnın sədri Zahir Mustafayev partiyanın 30 illik şərəfli tarixindən, ərazi partiya təşkilatı olaraq üzvlərin dövlətin yürütdüyü siyasi xəttə olan inamından,44 günlük Vətən müharibəsindən sonra gənclərin partiya sıralarına qəbul olunmaq arzusundan danışdı. YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək bildirdi ki,Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi aıtında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə cevrilib, onun 800 minə yaxın üzvü var. YAP Qusar rayon təşkilatının tərkibinə daxil olan ərazi partiya təşkilatlarının fəalliyyətinin partiyanın tələblərinə uyğun qurmağın vacibliyinə toxunaraq siyasi həmfikirləri yubiley münasibətilə təbrik etdi.
Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB