"Burada Azərbaycanı və Rusiyanı düşündürən bir sıra məsələlər müzakirə olunacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Burada Azərbaycanı və Rusiyanı düşündürən bir sıra məsələlər müzakirə olunacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü başlayıb. SİA mövzu ilə bağlı Milli QHT Forumunun prezidenti Rauf Zeyninin fikirlərini öyrənib.

Onun sözlərinə görə, Rusiya Federasiyası baş nazirinin nümayəndə heyətinin Bakıya səfər etməsi və ölkə Prezidenti cənab İlham Əliyevlə görüşün keçirilməsi Rusiya-Azərbaycan münasibətlərinin növbəti mərhələlərdə inkişaf etdirilməsi məqsədi daşıyır: "Burada Azərbaycanı və Rusiyanı düşündürən bir sıra məsələlər müzakirə olunacaq. Proqramda və əməkdaşlıq sazişində nəzərdə tutulan müddəaların yerinə yetirilməsi məsələlərinə də diqqət ediləcək.

Bu günləri görüşdə Rusiya Azərbaycan arasındakı münasibətlərdə hər hansı bir problemin olması müzakirə obyekti olacaq. Görüşlərin mütəmadi keçirilməsi və bütün müzakirələrin aparılması Rusiya-Azərbaycan arasındakı əlaqələrin inkişafına xidmət edir".

Rauf Zeyni sözlərinə belə davam edib: "Bu gün Azərbaycan xalqını və ictimaiyyətini narahat edən məsələlər də cənab İlham Əliyevin qətiyyətli mövqeyi ilə müzakirələrdə səsləndiriləcək. Biz inanırıq ki, ölkə Prezidenti bütün milli maraqlarımıza aid olan məsələləri dünya səviyyəsində necə inamla irəli aparırsa, Rusiya nümayəndə heyəti ilə də bunlar müzakirə olunacaq. Həmçinin, qarşılıqlı faydalı əməkdaşlıq mühitində məsələlər müsbət həllini tapacaq.

Biz inanırıq ki, uzun illərin əməkdaşlığı yeni dövrdə daha yüksək səviyyədə inkişaf edəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə