"Azərbaycan və Şimali Kipr əlaqələrinin tarixi keçmişə dayanır" - MÜSAHİBƏ

"Azərbaycan və Şimali Kipr əlaqələrinin tarixi keçmişə dayanır" - MÜSAHİBƏ

SİA Şimali Kipr Türk Cumhuriyyəti Bakı nümayəndəsi Ufuk Turganerin müsahibəsini təqdim edir:

1. Azərbaycan və Şimali Kipr əlaqələri hansı səviyyədədir?

- Azərbaycan və Şimali Kipr əlaqələrinin tarixi keçmişə dayanır. Belə ki, 1997-ci ildə Şimali Kipr təmsilçilərinin Bakıdakı fəaliyyəti başlayıb. Azərbaycanı biz qardaş ölkə olaraq görürük və bizim əlaqələrimiz çox bağlıdır. Bizim vəzifəmiz İki ölkə arasında qurulmuş olan körpüləri daha da gücləndirmək və mövcud fəaliyyətləri daha da zənginləşdirərək üst səviyyəyə daşımaqdır.

2. Şimali Kipr Türk Cumhuriyyətinin tarixi haqqında məlumat verə bilərsiz?

- 15 noyabr 1983 tarixində quruldu. Bu il Cumhuriyyətimizin 39- cu il dönümünü keçirdəcəyik. Qeyd edim ki, Şimali Kipr Türk xalqı yaradılış mübarizəsi aparmışdır. Bu baxımdan Azərbaycanı 44 günlük vətən mübarizəsində zəfər qazanamasından qürur duyuruq. Türk xalqı hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Cumhuriyyətimiz qurulduqdan sonra əsas inkişaf üçün iqtisadiyyat , turuzim və təhsil sahələrinə yönəlib. Ölkəmizdə 21 universitet mövcuddur. Bizim Universitetlərdə Azərbaycanlılarda təhsil alır. Azərbaycanla mədəniyyətimiz, adətlərimiz, dilimiz , dinimiz birdir.

3. Şimali Kiprdən heyətləri Şuşaya gətimək fikriniz varmı?

- Çox arzu edərik ki, ölkəmizdən heyətlərin Azərbaycana gəlib, işğaldan azad olan torpaqlarını özləri yeridə görmələri üçün qarşımızdakı vaxtlarda şərait yaradacağıq. Əsasən də Akademiklərin və media nümayəndələrinin İşğaldan azad edilən torpaqları görmələri üçün çalışacıyıq. Bu mövzuda Azərbaycandan da dəvət gözləyəciyik.

4. İşğaldan azad olan torpaqlarımıza səfər etmisinizmi?

- İşğaldan azad edilən Ağdamı rayonunda oldum. Ümid edirəm ki, yaxın zamanda Şuşanı da görə bilərəm. Bu bizim üçün çox böyük məna kəsb edir. Çünki 30 il sonra işğaldan azad olan torpaqları görməyi çox arzu edirik.

Ağdamdakı ermənilərin törətdikləri vəhşiliklərin şahidi olduq. İnsanın tükləri biz-biz olur. Ağdam kimi gözəl məskəni nə hala gətirdiklərini gördükdən sonra erməni vəhşiliyini daha yaxşı hiss etdik. Həqiqətən də daşı-daş üzərində qoymayıblar. Bu zalım davranışları yerindəcə gördük.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə