Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə “Xalqın seçimi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyası bu gün dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır!
Digər çıxış edənlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən partiya üzvlərinə diplom və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB