15 noyabr 2022-ci il tarixdə YAP Tərtər rayon təşkilatının İlk Peşə İxtisas Məktəbi Ərazi Partiya Təşkilatında tədbir keçirilib.Tədbirə başlamazdan əvvəl yığıncaq iştirakçıları Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.Sonra YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, YAP-ın xalqın dəstəyi əsasında möhtəşəm qələbələr qazandığını və ümumxalq partiyasına çevrildiyini vurğulamışdır.Ərazi Partiya Təşkilatının üzvlərindən – Bayramov Şahin, Əhmədova Həmidə Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırmışlar.Daha sonra təşkilatı məsələyə baxılmışdır. Belə ki, İlk Peşə İxtisas Məktəbində Ərazi Partiya Təşkilat sədri işləmiş və təqaüd yaşına çatdığına görə təqaüdə çıxmış Məmmədov Faiq Mərdan oğlunun yerinə açıq səsvermə yolu ilə Hüseynov Qalalı Həbib oğlu İlk Peşə İxtisas Məktəbi Ərazi Partiya Təşkilatının sədri, Əhmədova Həmidə Yaqub qızı isə sədr müavini seçilmişdir.
Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə yığıncaq iştirakçılarına öz təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB