"Milli Dirçəliş Günü azadlıq hərəkatının başlaması kimi qiymətləndirilir" - DEPUTAT ŞƏRH ETDİ
"17 Noyabr ölkəmizdə Milli Dirçəliş Günüdür. Bu hadisə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən hadisələrdən qaynaqlanır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, bu məsələnin kökündə Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiAzərbaycan siyasəti dururdu: "Qeyd edim ki, XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəli Azərbaycanda baş verən hadisələri antisovet xalq hərəkatı adlandırmaq olar. Minlərlə insan 17 noyabr tarixində Azadlıq meydanına toplaşıb və uzunmünddətli mitinqlərə başlayırlar. Bu mitinqlər 1988-ci ilin 5 dekabrına qədər davam edir. Təbii ki, Milli Dirçəliş Günü milli azadlıq hərəkatının başlaması və xalqın azadlıq istəyi kimi qiymətləndirilir. Bu gün ölkəmizin istiqlaliyyət qazanmasına təsir edən amillərdən biridir. 17 noyabr mitinqlərinin tələbləri Azərbaycan hökumətinin Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, Topxanada baş verən hadisələrin bütün şəffaflığı ilə Azərbaycan xalqına televiziya vasitəsilə çatdırılması idi. Ağdam şəhərinə qoyulan qadağanın 24 saat ərzində ləğv ediləməsini tələb edən xalqımız həmçinin o zamankı Dağlıq Qarabağ Muxtar vilayətində partiya və sovet orqanlarının buraxılmasını tələb edirdi. Çünki ermənilər orada separatçı addımlar atmağa başlamışdı.
Bu irəli sürülən təkliflər yerinə yetirilmədiyi müddət ərzində xalqımız mitinqlərin davam edəcəyini bildiriblər. Bu hadisə bir növ xalqın oyanışı idi, xalq azadlıq hərəkatının başlanğıcıdır və insanların sovet hakimiyyətinə qarşı dirənişidir. Həmin illərdə Azərbaycan dünyada tanınırdı, dünyanın nüfuzlu orqanlarında xalq hərəkatı ikə bağlı məqalələr çap olunurdu. Bu onu deməyə əsas verir ki, bu tarix bizim üçün çox əhəmiyyətlidir. İnsanların müstəqil bir dövlət kimi yaşamaq istəməsinin başlanğıcıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB