Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan dövlətinin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın qurulması əaas yerlərdən birini tutur. Əlbəttə ki, coğrafiyada Balkan yarımadasında yerləşən Albaniya dövləti də bu ölkələrin içərisindədir. Məlum məsələdir ki, Albaniya ilə Azərbayacan arasında diplomatik əlaqələr 1993-cü ildən başlayıb. 1992-ci ildə Albaniya Azərbaycanın müstəqilliyini tanıyıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, həmin illər ərzində müxtəlif səpkilərdə görüşlər təşkil olunub: “Əməkdaşlıq prespektivləri mümkün olub. Lakin ticarət dövriyyəsinin həcmi əvvəlki illərdən daha aşağı nisbətdə olub. Daha sonra isə həyata keçirilən tədbirlər sayəsində, ernerji sahəsinin inkişaf etməsi ilə də əlaqələr daha da inkişaf etdi. Çünki TAP layihəsinin əhatə etdiyi yeddi ölkədən biri də Albaniyadır və boru kəmərləri Alabniyanın ərazilərindən keçir. Nəticə etibarı ilə layihənin icra olunması Albaniyanın həyatına olduqca böyük yatırımlar edib. Məlum məsələdir ki, həm gömrük tranzit rüsumlarının Albaniyaya ödənilməsi, həm də məşğulluğun artırılması və büdcənin yüksəldilməsi baxımından bu layihə Albaniya üçün olduqca uğurlu olub.

Bu cür iqtisadi sərmayə əlbəttə ki, Albaniya ilə olan əlaqələrin daha da dərinləşməsinə səbəb olur. Bu gün yalnız enerji sahəsində deyil, eyni zamanda infrastruktur, turizm sahəsində də Albaniya dövləti ilə əməkdaşlıq həyata keçirilir. Cənab Prezidentin bu dəfəki Albaniyaya olan səfərindən sonra hesab edirəm ki. əalqələr daha da dərinləşməsi prespektivləri yaranacaq. Əlbəttə ki. Azərbaycanın uğurlu enerji siyasəti onun dövlətlərlə olan əlaqələrinin də müsbət dinamikada inkişaf etməsinə gətirib çıxarır. Bu Azərbaycanın da nəinki regonda, eyni zamanda qlobal məkanda da nüfuzunun artmasına səbəb olur. Azərbaycan Avropanın enerji tədarükçüsü olmaqla yanaşı həm də enerji xətlərinin şaxələndirilməsində əsas rol oynayır. Bugünkü dövrün şərtləri bunu tələb edir. Nəzərə alsaq ki, Qərblə Rusiya arasında olan qarşıdurmada Qərbin əsas planlarından biri Avropa ölkələrinin Rusiyadan asılılğını aradan qaldırmaqdır. Hesab edirəm ki, bu siyasi xəttin icra olunmasında Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə