"YAP dünyada tanınan, qəbul olunan partiyadır" - DEPUTAT ŞƏRH ETDİ

"YAP dünyada tanınan, qəbul olunan partiyadır" - DEPUTAT ŞƏRH ETDİ

"Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin zəkasından yaranan partiyadır. YAP Azərbaycanın ictimai-siyasi həyatında çox böyük nüfuza malikdir və YAP iqtidar partiyası olaraq daim Azərbaycanın dövlətçiliyini və milli maraqlarını hər şeydən üstün tutur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bu gün əldə edilən nəaliyyətlərdə YAP-ın rolu böyükdür: "YAP-ın qarşıya qoyduğu proqram və nizamnamədən irəli gələn bütün məsələlər demək olar ki, hər zaman müsbət nəticə verib. YAP-ın uğur qazanmasında Ulu Öndərin zəkası, onun müəyyənləşdirdiyi siyasi strategiya dayanır. Bu gün də Ulu Öndərin davamçısı olan İlham Əliyevin şəxsi nüfuzu, ölkəmizdəki mövqeyi partiyanın inkişafında mühüm rol oynayır. YAP bütün proseslərdə daim öndə olmuşdur və qarşıya qoyulan öhdəlikləri şərəflə yerinə yetirib. Digər tərəfdən YAP sosial ədaləti hər zaman öz fəaliyyətində əks etdirib.

Yeni Azərbaycan Partiyasının digər fəaliyyət istiqamətlərindən biri də beynəlxalq fəaliyyəti davam etdirməkdir. Regionun ən nüfuzlu partiyası olmaqla yanaşı dünyada da tanınan, qəbul olunan partiyadır. YAP öz beynəlxalq fəaliyyətini daha da genişləndirir. Bir çox ölkələrlə əlaqələr qurur, xüsusilə də Türkiyə Cümhuriyyəti ilə əlaqələri möhkəmləndirir.

Onu da qeyd edim ki, YAP-ın fəaliyyətində Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da qatqıları olub. Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini olaraq YAP-ın nüfuz qazanmasında öz töhfələrini verməyə davam edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə