Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı çox mühüm əhəmiyyət kəsb edir.
Burada bir mühüm məqamı da vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycanın qədim musiqi və mədəniyyətmərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistanordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbtolunmuşdu.
Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, AzərbaycanXalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət DramTeatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talanedilib, yandırılıb və dağıdılıb.
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməniişğalından azad edən Azərbaycan Silahlı Qüvvələrişanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə iləhaqlı olaraq fəxr edəcəklər.
Biz yaxşı bilirdik ki , Şuşa həqiqətən alınmaz qalasayılırdı. Şuşanı qəhrəman hərbçilərimiz azad edəndəonlar ölümə getiklərini gözə almışdılar.
Biz fəxr hissi ilə qeyd edə bilərik ki ,Azərbaycan hərzaman qəhrəman oğullar, igidlər və cəsurlar yurduolub. Şuşanın işğaldan azad olunmasında mənfurdüşmənə ağır zərbələr endirərək, onları əzəlitorpaqlarımızdan qovan rəşadətli ordumuz bütündünyaya öz gücünü sübut etdi .
Şuşaya gedən yol 27 sentyabr tarixində başlayıb. Müharibənin ilk günündən son gününə qədərAzərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi və 44 gün ərzində bir gün də geri addım atmadı . Halbuki, bizdünya hərb tarixindən bilirik ki, belə çətinmüharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyefşəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr dəolur. Buna baxmayaraq bizi Qələbəyə aparan güclüiradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığıidi. Sentyabrın 27-də müharibənin birinci günündə altıkənd azad olunanda Azərbaycan xalqı daha da inandıki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızıyerinə yetirəcəyik.
Müharibənin ilk günlərindən Ermənistan təşviş içindəidi, bəzi hallarda panikaya qapılırdı. Ermənistanordusunda 10 mindən çox fərari olmuşdur, onlarınözlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər dəolsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvikeyfiyyətlərindən xəbər verirdi. Bu, xalqımızınqəhrəmanlığıdır .
Cənab Prezident öz çıxışında qeyd etmişdir ki “Bizimvətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimizolmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyəetmək Prezident kimi mənim siyasətimin əsasistiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinciQarabağ müharibəsi bunu göstərdi. Bir daha deməkistəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimizQarabağ uğrunda ölümə getməyə hazır idilər və ölüməgedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylikideyaları üstünlük təşkil etdi. Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycandayaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlikdünya miqyasında nadir dəyərdir”.
Eyni zamanda onuda dünyaya çatdırmaq istəmişik ki , biz hər zaman sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlərədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülhmüqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.
Həm bizim güclü iradəmiz, həm də Vətənmüharibəsindəki Qələbəmiz bizim hərbi gücümüzü birdaha açıq şəkildə dünyaya göstərdi ! Bu Qələbə imkanverir ki, biz bu sözləri hamının üzünə, bizə xorbaxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə buimkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzubərpa etdik.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB