Fuad İsgəndərov İsveçrə prezidentinin şərəfinə təşkil olunan naharda iştirak edib
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov İsveçrə və Lixtenşteyndə Xarici Mətbuat Assosiasiyasının təşkil etdiyi naharda iştirak edib.
SİA-nın məlumatına görə, bu barədə səfir bu gün öz "Twitter" səhifəsində bildirib.
"İsveçrə prezidenti İnyatsio Kassisin şərəfinə təşkil olunmuş naharda iştirak edən azsaylı səfirlər arasında olmaqdan məmnun oldum", - səfir bildirib.
O qeyd edib ki, nahar çərçivəsində bir sıra görüşlər, o cümlədən BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB