"Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi" - DEPUTAT ŞƏRH ETDİ

"Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi" - DEPUTAT ŞƏRH ETDİ

"Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etməsinə baxmayaraq daxildə vəziyyət kifayət qədər gərgin idi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bir tərəfdən Moskvayönümlü qüvvələr hakimiyyətdə qalmağa çalışır, digər tərəfdən iş və təcrübəsi olmayan, amma hakimiyyət həvəsi həqqdən artıq böyük olan qruplar hakimiyyəti ələ keçirməyə çalışırlar: "Ancaq onlar hakimiyyətə gəldikdən sonra məlum oldu ki, ölkənin müstəqilliyi, inkişafı ilə bağlı heç bir proqramları yoxdur. Bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini səbəb oldu. Azərbaycan cəmiyyəti 1988-ci ildən qarşıda duran problemlərin həllində böyük siyasətçi Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsindən istifadə etməyin vacibliyini vurğulayıb. Bu baxımdan Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasında islahatların aparılması, həmin bölgədə stabilliyin təmin edilməsi, insanların təhlükəsiz şəraitdə yaşaması hamının diqqətində idi. Azərbaycanın müstəqilliyini görmək istəyən insanları birləşdirən bsiyasi təşkilata ehtiyyac var idi. Dəfələrlə Heydər Əliyevə yeni bir partiyanın yaranması ilə bağlı müraciətlər olunurdu. Buna razılıq verməyən Ulu Öndər sonda 91 nəfər görkəmli Azərbaycan ziyalısının müraciətinə cavab verdi və Azərbaycan qarşısında duran problemləri və onların həlli yolunu açıqladı. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Heydər Əliyev tərəfdarları AXC-Müsavat partiyası tərəfindən təqib edilirdi. YAP-ın yaranması cəmiyyətin gələcəyə olan ümidlərini daha da gücləndirdi. Qısa zamanda YAP bütün Azərbaycan coğrafiyası üzrində rayon təşkilatlarını yaradıldı. Artıq 1993-cü ilin əvvəllərindən cəmiyyətdə Heydər Əliyevin hakimiyyətə gəlməsinin qaçınılmaz olduğu görünürdü. Heydər Əliyevin siyasi təcrübəsi, yüksək nüfuzu və problemləri həll etmək bacarığı Azərbaycanın bu günü və sabahı ilə bağlı olan bir məsələdir. Partiyanın yaranması ilə cəmiyyətdə yeni müstəqil dövlətin yaranmasının mümkün olduğu göstərdi. Ulu Öndər 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıtdı, ölkə prezidenti seçildi, 10 il ərzində Azərbaycana uğurla rəhbərlik etdi. Bir çox problemlərin həlli ilə bağlı göstərişlər verdi. Bu gün YAP cəmiyyətin ən demokratik və Azərbaycanın müstəqilliyini özünün birinci vəzifəsi hesab edən bir siyasi təşkilatdır. Ulu Öndərin də qeyd etdiyi kimi YAP dünənin, bu günün və gələcəyin partiyasıdır ".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə