"Mətbuat Şurası özünütənzimləmə mexanizmini inkişaf etdirməlidir" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

"Mətbuat Şurasının VIII qurultayında bildiyimiz kimi, artıq yeni idarə heyəti seçildi. Son illər Azərbaycanda aparılan islahatlar artıq media sahəsində də özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, son illər Medianın İnkişafı Agentliyi yarandı, "Media haqqında qanun" layihəsi qəbul edildi: "Hazırkı dövrdə mediada böyük inkişaf var. Mətbuat Şurası yeni vəziyyətə uyğun öz işini qurmalıdır. Düşünürəm ki, Mətbuat Şurası özünütənzimləmə mexanizmini inkişaf etdirməli, media və cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmalıdır. Bütövlükdə Azərbaycan cəmiyyətində medianın rolunu artırmaq lazım, inkişafına təkan vermək lazımdır. Bundan əlavə olaraq Mətbuat Şurası həmçinin özünün bilavasitə fəaliyyəti ilə məşğul olmalıdır ki, yeni media inkişaf etsin, sosial şəbəkələrdə yeni mediada yaranan qeyri-peşəkar münasibət aradan qalxsın".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə