120 min kiçik biznes müəssisəsinin bağlanacağı gözlənilir

İtaliyada 120 min kiçik biznes müəssisəsi artan enerji xərcləri səbəbindən bağlanma təhlükəsi ilə üzləşib. SİA xəbər verir ki, “Confcommercio” biznes assosiasiyasının prezidenti Karlo Sanqallinin sözlərinə görə, hazırda bir çox şirkət öz xidmətlərini yenidən təşkil edir və ya azaldır. 2023-cü ilin birinci yarısınadək xidmət sektorunda ən azı 120 min kiçik biznes subyekti risk altında olacaq. Vəziyyət 370 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər.

O qeyd edib ki, İtaliyada enerji qiymətləri digər ölkələrlə müqayisədə xeyli bahadır və bu, kiçik və orta sahibkarlıq subyektləri üçün təhlükə yaradır. Enerji böhranının COVID-19 pandemiyası dövründə həssas vəziyyətə düşən bir çox müəssisəyə son “zərbə” olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə