"Mətbuat Şurasının müsbət ənənələri çoxdur" - BAŞ REDAKTOR DANIŞDI
"Mətbuat Şurası 2003-cü ildə yaranıb və mətbuatın özünü tənzimləmə məsələlərində böyük rol oynayır". Bu fikirləri SİA-ya açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə 2018-ci ildə qurultay keçirilmişdir: "Son vaxtlar Mətbuat Şurasının fəaliyyəti zəifləmişdir. İndi isə Mətbuat Şurası növbəti qurultayına hazırlaşır. Jurnalistlər Mətbuat Şurası üzvlüyünə öz namizədliyini irəli sürürlər. Çox güman ki, Mətbuat Şurasının idarə heyəti yarıbayarı yeni simalardan ibarət olacaq və Mətbuat Şurası müasir informasiya texnologiyalarına, yeniləşən media islahatlarına uyğunlaşaraq mətbuatın özünü tənzimləməsində, genişlənən informasiya məkanında müəyyən tövsiyələrin verilməsində rol oynayacaq. Mətbuat Şurasının müsbət ənənələri çoxdur. Ən yaxşı ənənələri davam etdirməklə yeni seçiləcək idarə heyəti üzvlərindən müsbət addımlar gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB