"Onlayn media yaransa da, yazılı media sıradan çıxmadı" - BAŞ REDAKTOR AÇIQLADI
"Yazılı mətbuat hazırda dünyanın bütün ölkələrində geriləməkdədir. Xəbər almaq vasitəsi olaraq ikinci plana keçməkdədir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Onun sözlərinə görə, ön planda isə onlayn və sosial mediadır: "Yazılı mətbuat istənilən informasiya vasitəsinin bazasıdır. O media qurumu üstün və güclüdür ki, onlayn media ilə klassik medianı birləşdirə bilib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda qəzetçiliyin bu günü və gələcəyi vardır. Hesab edirəm ki, bunu Azərbaycan dövləti də qəbul edir. Məhz bu səbəbdən də Azərbaycanda yazılı mətbuatın qalması üçün dövlət əlindən gələn fədakarlığı edir. Dünyanın müxtəlif ölkələrində qəzetçiliyi saxlamaq, qorumaq və davam etdirmək üçün müxtəlif yollar tapılıb. Onlayn media yaransa da, yazılı media sıradan çıxmadı. Yazılı mətbuat öz bazasında onlayn medianı da daşımaöa davam edir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB