"Hakim haqsızlığı az deyildi" - QIZIL MEDAL QAZANAN GÜLƏŞÇİ SİA-YA DANIŞDI

"Çox şükürlər olsun ki, vətənə qızıl medalla qayıtdıq. Mən ilk dəfə Qırğızıstan idmançısı ilə qarşılaşdım".

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Konyada keçirilən V İslam Həmrəyliy Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanan Həsrət Cəfərov bildirib.

İdmançı bildirib ki, hakimlərin haqsızlıq etdiyi məqamlarda az deyildi: "Lakin bütün bunlara rəğmən yenə də qızıl medal qazandım. Ümumilikdə bütün oyundan razı qaldım. Bildiyiniz kimi 20 gündən sonra Dünya Çempionatı başlayır. Ona görə də bundan sonra əsas məqsədimiz çempionata yaxşı hazırlaşmaqdır. Düşünürəm ki, çempionatda da çox yaxşı nəticələr əldə edəciyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə