Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib - BAŞ PROKUROR

“Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb”.

SİA-nın verdiyi məlumata görə, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil: “Ona görə də Ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib. Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub. Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə