"Şuşada keçirilən Beynəlxalq Media Forumu çox səmərəli keçir" - JEM SƏDRİ AÇIQLADI

"Şuşada keçirilən Beynəlxalq Media Forumunda mən də iştirak edirəm. “İşğaldan azad olunmuş Şuşa şəhərində Beynəlxalq Media Forumunda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, çox səmərəli bir forum keçirilir: "Şuşada keçirilən Beynəlxalq Media Forumunda bu günə qədər Azərbaycan mətbuatında kifayət qədər müstəqilliyi ilə tanınan jurnalistlər mühzairəçi kimi çıxış edirlər. Bunun özü bir jurnalistikanın, azad sözün qələbəsidir. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, "Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub. Şuşada keçirilən Beynəlxalq Media Forumu çox səmərəli keçir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə