"Beynəlxalq Media Forumunun Şuşada keçirilməsi çox önəmlidir” - DEPUTAT ŞƏRH ETDİ
“İşğaldan azad olunmuş Şuşa şəhərində Beynəlxalq Media Forumunda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib. Ümumiyyətlə Beynəlxalq Media Forumunun Şuşada keçirilməsi çox önəmli bir məsələdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanımızın və ordumuzun qazandığı qələbəmiz bizim həyatımıza bir çox yeniliklər gətirdi: “Bunlardan biri də Şuşa ilinin elan olunmasıdır və bununla bağlı Şuşada bir çox beynəlxalq tədbirlərin həyata keçirilməsidir. Qeyd etdiyimiz Beynəlxalq Media Formunun 22 iyul Azərbaycanın Milli Mətbuat günü ilə qeyd edilməsi təsadüf deyil. Maraqlı hadisələrdən biri də odur ki, bu forumda Rusiyanın çox nüfuzlu TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim və digər agentliklərin nümayəndələri iştirak etmişdir. Düşünürəm ki, dünyamız və ölkəmiz üçün maraqlı olan media sahəsində aktual olan bir çox mövzular müzakirə olunur. Bu Şuşa Media Forumu həm Azərbaycanın, həm də beynəlxalq jurnalistlərin xatirində çox gözəl bir hadisə kimi qalacaq. Mən də media nümayəndələrimizi, qələm adamlarını 22 İyul Milli Mətbuat günü münasibətilə təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB