Regionların sosial-iqtisadi inkişafının əhəmiyyəti böyükdür - TƏHLİL

İqtisadiyyatın dayanıqlı olması, eləcə də şaxələndirilməsi xüsusilə onun dinamik inkişafı üçün ən başlıca şərtdir. Nəzərə alsaq ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsidir və bu səbəbdən də xarici mühitdən təsirlənə bilir, deməli, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, həm də makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi daim təmin olunmalıdır və bu, hər zaman prioritet olaraq qəbul edilir.

Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib. Daha dəqiq desək, ilk növbədə qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi üçün olduqca önəmlidir. Eləcə də qeyri-neft iqtisadiyyatının inkişafı dövlət büdcəsinin gəlirlərinin artırılması deməkdir və əlbəttə ki, bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan da olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, artıq milli iqtisadiyyatın şaxələnməsi, həmçinin qeyri-neft sektorunun inkişafı sürətlənib və bütün bunlar həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq qiymətləndirilir.

Regionlarda güclü iqtisadi potensialın mövcud olması qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün vacib şərtdir və bu səbəbdən də daim diqqət mərkəzindədir. Sözsüz ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin, regionların, həmçinin kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyi şübhə doğurmur. Əlbəttə ki, bunun üçün də ilk növbədə infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması ön plana keçir və bu istiqamətdə də fəaliyyət, əldə olunan uğurlar göz önündədir. Nəticə isə öz növbəsində həm bölgələrdə yaşayan əhalinin məşğulluğunun, həm də maddi rifahının yüksəldilməsi müsbət təsir edir. Bu istiqamətdə daha yüksək nəticənin əldə edilməsi üçün isə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub və qəbul edilib, hansıki həmin Dövlət Proqramının uğurlu icrası vergi daxilolmalarının da artımına öz müsbət təsiri ilə yadda qalıb.

Nəzərə almaq lazımdır ki, vergi daxilolmaları ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verilməsi gərəkir. Əbəs yerə deyil ki, ölkə təhbərinin, cənab Prezidentin tapşırığına əsasən vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər həyata keçirilməkdədir. Gəlirlərin şəffaflaşdırılması, uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçiriləm sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması bu tədbirlərdəndir. Görünür, vergi daxilolmalarının artması da təsadüfi deyil və bu artım həmin tədbirlərin məntiqi nəticəsi olaraq qiymətləndirilir.

Statistik göstəricilər də təsdiq edir ki, ölkə başçısının rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Məsələn, vergi daxilolmalarına nəzər saldıqda görərik ki, bu göstərici cəmi bir neçə il ərzində xeyli artıb. İxtiyari iki il ərzində olan fərq, ikirəqəmli artımı göstərir. Nümunə üçün qeyd edə bilərik ki, məsələn, 2018-ci illə müqaisədə 2020-ci ildə regionlardan vergi daxilolmalarında 23,1 faiz artım müşahidə olunub, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan belə öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Bu artım sonrakı illərdə də dinamik şəkildə davam edib və mövcud son statistik göstəricilər daha qənaətbəxşdir. Son dövrlərin göstəriciləri təsdiq edir ki, 2003-cü illə müqayisədə, yəni Dövlət Proqramlarının, daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan sonra regionlar üzrə vergi daxilolmaları dəfələrlə artıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən hesab olunan kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi sahələrində son illərdə dinamik irəliləyiş nəzərə çarpıb. Təbii ki, bu irəliləyiş də təsadüfi deyil və dövlət dəstəyinin rolu danılmazdır. Kənd təsərrüfatının subsidiyalaşdırılması, vergidən azad olmalar, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi həmin dəstəyin, dövlət dəstəyinin baruz nüminəsidir və məhz bu dəstək sayəsində regional inkişafın sürətlənməsinə nail olunur. Vergiödəyiciləri tərəfindən təqdim edilən dövriyyə məbləğlərinin, eləcə də aktiv ƏDV ödəyicilərinin sayının artması bir çox məqamlara aydınlıq gətirir və ilk növbədə iqtisadi aktivliyin daha da artdığını isbatlayır. Sözsüz ki, iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, ilk növbədə büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsaslı zəmin yaradı və geniş imkanlar açır. Ümumiyyətlə, belə bir nəticəyə gəlirik ki, regionların sosial-iqtisadi inkişafının bütövlükdə ölkə iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür və bu baxından da dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə təmin edilibdir.

Müəllif: İnam Hacıyev

6.3.11. “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə