Mən çıxıb gedirəm bu el-obadan,

qəlbimi özümə açıb gedirəm.

Tüstümdə, çıxmasın yanan sobadan,
mən elə sakitcə qaçıb gedirəm.

Gedirəm ora ki, orda mən varam,
Köz tutsun qəlbimdə, közərən yaram.

İtirən axtarsın goy aram, aram,
köç edib bu eldən, uçub gedirəm.

Gedirəm durnalar, bizə gələndə,
mən uçan səmada,onlar süzəndə.

Tüstüsüz bacamda, yuva hörəndə,
yerimi onlara, deyib gedirəm.

Aydın Rəvan

Bütün xəbərlər Facebook səhifəmizdə