(Gəraylı motivləri əsasında)


O, bir cılız Əhrimənim,
Zərdüşt olsun ona qənim,
Beləsinə olmaz kinim,
Vətən buna deməz oğul,
Rəis, öz kinində boğul!

O, bir qənim ədalətə,
Dost pisliyə, rəzalətə,
Daim yol verir qələtə,
Çırp divara köntöy başı,
Rəis, get qarnını qaşı!

İnanarmı millət buna?
Düzlük acı zillət buna,
Yəzdan etsin lənət buna,
O, bir həyan rəzillərə,
Lənət olsun yüz min kərə.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə