Şair dostlarım R.Məmmədzadə və Ç.Əlioğluna

Allaha eşqimdən yaranıb sevgim,
İkinci anamdır, üçüncü Vətən.
Bir məsum gözəl də baxır uzaqdan,
Bu sevgi payımdan, pay umur məndən.

Nolar dörd yerə bölünsün sevgim,
Təki azalmasın qəlbimin odu.
Beşinci sevgimsə vətənə əsgər,
Dörd nər övladımdır, hazır bir ordu.

Altıncı sevgimsə gözəl insanlar,
Qəlbləri günəş tək ləkəsiz, təmiz.
Yeddinci sevgimsə şah vüqarımdır,
Qoşa doğulubdur mənimlə əkiz.

Səkkizinci sevgim şəhid qızına,
Bir şair oğlunun məhəbbətidir.
Övlada həsrət gülüşsüz evə,
Qoşa fidanların səadətidir.

Doqquzuncu sevgim haqq-ədalətdir,
Heyf ki, dustaqdır qolları bağlı.
Arayıb-axtarıb tapa bilmirəm,
Yüz ildir gəzirəm əli çıraqlı,
Yüz ildir gəzirəm əli çıraqlı.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...