Smartfonun işığı melatonin istehsalını pozur və yuxusuzluğa səbəb olur...

...Smartfon ekranlarından gələn işıq yuxunu tənzimləyən hormon olan melatonin istehsalını boğa bilər ki, bu da sirkadiyalı ritmlərin pozulmasına və yuxu keyfiyyətinin pisləşməsinə səbəb olar.

SİA-xəbər verir ki, bu barədə rusiyalı somnoloq və endokrinoloq Darya Lebedeva bildirib.

O qeyd edib ki, mavi işıq beyin tərəfindən oyaqlıq siqnalı kimi qəbul edilir və bu səbəbdən yuxuya getmək prosesi ləngiyir.

Yorğun olduqda belə, bədən "gündüz" rejimində qalır, bu da gec yatmağa və səhər yorğunluğuna səbəb olur.

Uzun müddətli yuxu pozğunluğu ürək-damar xəstəlikləri, diabet və psixi pozğunluqların inkişaf riskini artırır.

Bundan əlavə, yuxudan əvvəl beyin fəaliyyəti qadcetlərlə işləmək hesabına artır - yazışmalar, xəbərlər və sosial şəbəkələr stress hormonu kortizolun ifrazına səbəb olur. Bu, sinir sistemini gərgin saxlayır və yuxuya getməyi çətinləşdirir.

...Gazeta.Ru yazır ki, həkim yatmazdan 1-2 saat əvvəl cihazları söndürməyi, kağız kitablara üstünlük verməyi, həmçinin axşam saatlarında bildirişləri yoxlamaq həvəsini azaltmaq üçün telefon şarj cihazını başqa otaqda qoymağı tövsiyə edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə