Analitiklər bunun əksini gözləyirdilər...
...ABŞ-ın xam neft ehtiyatları 28 noyabrda bitən həftə ərzində 574.000 barel artaraq 427.5 milyon barelə çatıb.
SİA xəbər verir ki, bu barədə Enerji İnformasiya Administrasiyasının (EIA) çərşənbə günü verdiyi məlumata görə, ABŞ-ın xam neft ehtiyatları 28 noyabrda bitən həftə ərzində 574.000 barel artaraq 427.5 milyon barelə çatıb. Benzin ehtiyatları 4.52 milyon artaraq 214.42 milyon barelə, distillə edilmiş benzin ehtiyatları isə 2.06 milyon artaraq 114.29 milyon barelə çatıb.
Analitiklər xam neft ehtiyatlarının 820.000 barel azalacağını, benzin ehtiyatlarının 1.47 barel artacağını və distillə edilmiş benzin ehtiyatlarının isə 710.000 barel artacağını gözləyirdilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB