“Mən amma dəryada idim, mən onda röyada idim…”

Yox, bu, “uje” başqa bir yazının mövzusudur...

...Deyirəm, bəlkə, doğrudan da şəbədəyə qoşurlar?

Amma deyəsən yox, düzdür. Budur, bütün rus saytları yazır: “Dmitri Medvedev hüququn inkişafındakı xüsusi töhfələrinə görə “İlin Vəkili” mükafatı təqdim edilib.

Halal olsun?

Yəni demək istəyirəm ki, Medvedevə halaldır?

Əslində bəzilərinin dediyi kimi ona “İlin Boor” mükafatı verilsəyidi bu daha düzgün olardı? Bilirəm, bunu deyənlər, onun paxıllığını çəkənlərdir...

Amma yox, bu halda Zaxarova əsəbləşə bilərdi: axı niyə mənə yox, ona..?

Yaxud, tutaq ki, ona "İlin istifadə edilmiş prezidenti" mükafatını verə bilərdilər.

Yox, bu lap adama sataşmaq olardı...

Nəhayət, “İlin Dadı”! Nə gözəl, zərif, incə bir titul. O, “tikansız bir balıq kimi” buna layiqdir.

Deyim ki, az da olsa bu bir az düz gəlir, amma yenə də zarafat bir yana...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mükafatı təqdim edən və bir vaxtlar öz ləyaqətinə sahib olan, lakin indi əhəmiyyətsiz hala düşmüş Sergey Stepaşin hətta Medvedevə “Bu mükafatı qəbul etməyə razı olduğunuz üçün təşəkkür edirəm”- deyib.

Maraqlıdır ki, indi ruslar arasında bəziləri baş sındırır: Medvedev ötən il hansı hüquqi nailiyyətlərə imza atıb?

Çoxları heç birini xatırlamadıqlarını deyirlər.

...Hüquq və Medvedevin mənsub olduğu şirkət fərqli kainatlarda yaşayır. Əgər Medvedev ötən il etdiyi hərəkətlərlə nəyisə təsdiqləyibsə, bu, hüquqların olmamasıdır?..

Onların hamısı orada vəkildir və nədənsə, onların ölkəsində hər şey “kitabla” edilir .

Bu, “uje” başqa bir yazının mövzusudur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə