"Sülh mümkündür, etibar çətindir" - ŞƏRH

"Ermənistanla Azərbaycan arasında münaqişə uzun illərə dayanır. Xüsusilə ermənilər daim Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyiblər. Türkofobiya onların milli-genetik yaddaşından qaynaqlanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hərçənd müəyyən dövrlərdə süni şəkildə mehribanlıq görüntüsü yaratsalar da, daim fürsət düşən kimi Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçiriblər: "30 illik işğal dövrü, bu işğala təkcə Ermənistanın deyil, bütün dünyadakı ermənilərin verdiyi dəstək, həyata keçirilən soyqırımlar — bütün bunları Azərbaycan xalqı unutmamalıdır. 1918-ci il soyqırımı, 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər tariximizin qanlı səhifələridir və xalqımız bu hadisələri yadda saxlamalıdır. Azərbaycan sülh tərəfdarıdır və regionda sabitlik istəyir. Amma bu, o demək deyil ki, Azərbaycan xalqı ermənilərə qarşı həddindən artıq mehribanlıq göstərməlidir. Biz tarixi yaddaşımızı unutmamalı, onların “süni mehribanlıq” niyyətlərinə qarşı ayıq-sayıq olmalıyıq.

Ermənilərlə dövlətlərarası münasibətlər normal şəkildə davam edə bilər, sülh sazişi bağlana bilər, amma xalqlararası münasibətlərdə məsafə saxlanmalıdır. Çünki tarix göstərir ki, ermənilər fürsət düşən kimi yenidən Azərbaycana qarşı düşmən fəaliyyətlərə başlayırlar. Hazırda hər nə qədər məğlub durumda olsalar da, bu vəziyyətlə barışmırlar və gələcəkdə yenidən təxribatlara cəhd etmə ehtimalları var. Sülh və dialoq mümkün ola bilər, amma ehtiyatlı olmaq və tarixi təcrübədən dərs çıxarmaq vacibdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə