...SİA xəbər verir ki, “The Middle East Eye” qəzetinin məlumatına görə, Texasdan Konqresə namizədliyini irəli sürən Valentina Qomezin seçki kampaniyası amerikalılar arasında qəzəbə səbəb olub.
Qeyd edək ki, o, Quran kitablarını yandırmaqla və müsəlmanları təhqir etməklə özünə diqqət çəkməyə çalışır. Xatırladaq ki, o keçən il Minnesotadan Konqresə namizədliyini irəli sürmüş, lakin məğlub olmuşdu.
Qomez Amerika İsrail İctimaiyyətlə Əlaqələr Şurasından (Aipac) dəstək istədi.
Amma onlardan hər hansı bir dəstək alıb-almadığı məlum deyil.
Qomez özü hər hansı bir yardım aldığını inkar edir.
Maraqlıdır ki, mühacirət əleyhinə kampaniya aparan Qomezin özü də immiqrant olması diqqət çəkir.
Deyim ki, o, Kolumbiyada anadan olub və ABŞ-a yalnız 2009-cu ildə 10 yaşında gəlib.
Qomezin sosial media səhifəsində bir istifadəçi yazıb: ...Düşünürdüm ki, Konqresdə xaricdə doğulmuş insanları qəbul etmirik və ya müsəlmanlardan nifrət edən psixopatlar üçün istisna yaratmalıyıq.
Başqa bir istifadəçi qeyd edib ki, kolumbiyalı qadın milli azlığın üzvü olaraq ağdərili Amerika cəmiyyətinə qəbul edilmək üçün digər azlıqları qınayır.
O yazıb ki, “...bir çox irland və italyanlar həqiqətən amerikalı olduqlarını sübut etmək üçün qaradərililərə qarşı irqçiliyi qəbul ediblər. Kolumbiyalı immiqrant olan bu qadın özünü əsl amerikalı kimi göstərmək üçün islamofobiyaya əl atıb", - deyə başqa bir şərhçi vurğulayıb.
Bir çox istifadəçi həmçinin qeyd edir ki, radikal ifadələr heç bir effektiv islahat təklif edə bilməyən və lider kimi səriştəsiz olan insanlar tərəfindən seçiciləri cəlb etmək üçün asan bir yol kimi istifadə olunur.
İmmiqrantların ifrat sağçı gündəmi dəstəkləməsi Qərb siyasətində yeni bir şey deyil.
Fransada ən radikal fikirləri bu yaxınlarda etnik nifrəti qızışdırmaqda ittiham olunan Əlcəzair əsilli yəhudi Erik Zemmur səsləndirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB