…Və yeri gəlmişkən, Türkiyədə itkin düşmüş 32 yaşlı rus qadın Darya Luçkina və 10 yaşlı oğlunun axtarışı uğurla başa çatıb.
SİA xəbər verir ki, RİA Novosti agentliyinin Rusiyanın İstanbuldakı Baş Konsulluğuna istinadən verdiyi məlumata görə, ana və uşaq sağ-salamatdır.
Mediada yayılan məlumatlara görə, qadın və uşağı 17 oktyabrda itkin düşüblər.
Bir şirkətdə mühasib işləyən Luçkina korporativ tədbir bəhanəsi ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra məlum olub ki, o, əvvəllər özü və oğlu üçün beynəlxalq pasportlar, eləcə də İstanbula təyyarə biletləri alıb. İtkin düşmüş qadının anası qızı və nəvəsinin tapılmasında kömək ümidi ilə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Rusiyanın İstanbuldakı diplomatik nümayəndəliyi rus qadının və uşağının sağ tapıldığını bildirib.
İtkin düşmə hadisəsi 28 noyabrda Suriya ilə sərhəddə baş verib.
Bəzi məlumatlara görə, qadın müddəti bitmiş beynəlxalq pasportla sərhədi keçməyə cəhd edib.
Luçkina və oğlu deportasiya mərkəzinə aparılıblar. Rusiya konsulluğu artıq lazımi sənədləri verərək ailənin vətənlərinə sağ-salamat qayıtmasını təmin edib.
Luçkinanın ailəsini və dostlarını bu qədər narahat edən və hər iki ölkədə polisi xəbərdar edən Türkiyəyə səyahətinin məqsədi və Suriyada nə etdiyi hələlik hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB