Tbilisidə səfərdə olan "Yeni Azərbaycan" Partiyası Gənclər Birliyinin üzvləri dekabrın 4-də Gürcüstan Parlamentinin Azərbaycan Respublikası Milli Məclisi ilə Dostluq Qrupunun rəhbəri İrakli Kadagişvili, eləcə də qrupun üzvləri Zaur Darğallı və Savalan Mirzəyev ilə görüşüblər.
SİA xəbər verir ki, görüşdə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Gənclər Təşkilatının nümayəndələri də iştirak ediblər.
Gürcüstan parlamentinin üzvləri gənclərlə iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrdən danışıblar.
Qeyd olunub ki, dost və strateji qonşu Azərbaycanla bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan gənclər arasında əlaqələr əsas prioritetlərdən biridir. Gənclərin artıq sıx əməkdaşlıq etmələri və gələcəkdə bir çox maraqlı birgə layihələr planlaşdırmaları alqışlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB