...SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Hindistana gəlib.
Dövlət başçısının təyyarəsi Yeni Dehlidəki Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasına eniş edib.
Baş nazir Narendra Modi ilə qeyri-rəsmi təkbətək görüş cümə axşamı günü planlaşdırılır.
...India Today televiziya kanalının məlumatına görə, Rusiya lideri təyyarədən enərkən Hindistanın baş naziri tərəfindən qarşılanacaq.
Dövlət başçısının həmçinin Hindistan Prezidenti Drupadi Murmu ilə görüşü də planlaşdırılır.
Tərəflərin bir sıra idarələrarası və kommersiya sənədlərinin imzalanması gözlənilir.
Bu arada, Yeni Dehlinin mərkəzi küçələrində Putin və Modinin fotoşəkilləri olan plakatlar peyda olub. Putinin Hindistana rəsmi səfəri 5 dekabra qədər davam edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB