"ABŞ və Çin arasındakı geosiyasi münaqişənin bir hissəsi də texnoloji müharibədir" - MÖVQE

"ABŞ və Çin arasındakı geosiyasi münaqişənin bir hissəsi də texnoloji müharibədir. Tərəflər arasında süni intellekt üzərində yeni bir Soyuq Müharibə başlayıb desək, yanılmarıq. Həmin dövrdə Sovet İttifaqı və ABŞ dünyanın ən güclü iki ölkəsi idi və onlar nüvə silahları, raketlər və peyklər, eləcə də qabaqcıl hesablama kimi transformativ texnologiyalar yaratmaq istiqamətində bir-biri ilə yarışırdılar|". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Tarix indi özünü süni intellektlə ABŞ və Çin arasında təkrarlayır: "Həm Vaşinqtonda, həm də Pekində süni intellekt üzərində rəqabət gedir. Belə düşünülür ki, hansı ölkə bu istiqamət üzrə birinciliklə qaçmağı bacarırsa, iqtisadi, hərbi və elmi gücdə, eləcə də qlobal təsirdə böyük üstünlüklər əldə edəcək. Texnoloji müharibənin ən vacibi rəqəmsal texnologiyaların, həmçinin bazarların beynəlxalq münasibətlərdə və dünya siyasətində roludur. Texnologiya müharibəsinin iqtisadi məqsədi uzunmüddətli perspektivdə Çinin potensialını məhdudlaşdırmaqdır.

Hökumətdə, sənayedə, orduda bu istiqamətdə iki güc arasında yarış dinamikası var. Yarış o qədər şiddətlənib ki, bu, hər iki tərəfi daha güclü texnologiya yaratmaq yolunda təhlükəsizlik narahatlıqlarını azaltmağa belə vadar edir. Bu da dünyada narahat olan insan kütləsi formalaşdırır. Fərqli düşünənlər də var. Hesab edilir ki, uzunmüddətli perspektivdə rəqəmsal bazarların və texnologiyaların qloballaşmış, yüksək dərəcədə beynəlmiləlləşmiş təbiəti qlobal proseslərin və dünya siyasətinin normallaşmasına səbəb ola bilər. Şübhəsiz ki, süni intellektin müsbət tərəflərindən yararlanmaq lazımdır. Məsələn, cinayətkarlar kimi insanları, kiberhücumları, müharibələr zamanı törədilən təxribatları, təhlükəsizliyə zərər verən addımları izləməyin daha sürətli bir yoludur.

Sovet İttifaqı 1950-ci illərdə Sputnik peykini kosmosa buraxanda, bu sıçrayış ABŞ-ı kosmik yarışda öz işini sürətləndirməyə sövq etdi. Məhz o zaman Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri Çin texnologiya şirkətlərinə daha çox iş görmək üçün təzyiqi artırmağa başladılar. İndi daha da artan bu rəqabət ölkələri mövcud istiqamət üzrə daha da inkişaf etməyə sövq edir.

2022-ci ildə, Bayden administrasiyası dövründə ABŞ Çini qabaqcıl çiplərdən ayırmaq qərarına gəldi. Hökumət Çinin onlara çatmaq qabiliyyətini azaltmaq ümidi ilə ixracatı məhdudlaşdırdı. Bu məhdudiyyətlərin əksəriyyəti hələ də qüvvədədir. Hazırda Çin üçün bütün bu məsələlərin ən böyük yükü Huawei şirkətinin üzərinə düşür. Huawei smartfonlar və simsiz avadanlıqlar kimi şeylər istehsal edən nəhəng Çin texnologiya şirkətidir. Çin şirkətləri arasında ən yaxşı çipləri istehsal edən Huawei oxşar hesablama gücü səviyyələri təklif edən bu sistemləri istehsal etmək üçün milyonlarla çipi birləşdirməyə çalışır ki, bu da Çində bəzi sənayeçilər tərəfindən Titanı məğlub etmək üçün sürü adlandırdığı bir strategiya kimi dəyərləndirilir. Super zəka yaratmaq çox vacibdir. Lakin bəşəriyyətin maraqlarını əsas götürməyən zəkanın yaradılması da son dərəcə təhlükəli və yıxıcıdır. İnformasiya və kommunikasiya texnologiyalarının əhəmiyyəti və rəqəmsal iqtisadiyyatın yüksəlişi münaqişənin ənənəvi geosiyasi və bazar, yəni onun ölçülərini strateji resurs və ayrıca münaqişə sahəsi kimi görülən yüksək texnologiya ilə bir-birinə bağlayır. Rəqabət olsa da, bu yolda son dərəcə kosmik irəliləyişlər əldə edilsə də, onun insan zəkasını əvəzləyə bilməyəcəyinə şübhə də yoxdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə