2025 - “Böyük Qayıdış” üçün olduqca vacib il kimi yadda qalır... - ŞƏRH EDİLDİ

"Azərbaycan dövlət “Böyük Qayıdış” proqramını uzunmüddətli strateji səviyyəyə — növbəti 2027–2030 illər üçün planlaşdırma mərhələsinə daşıyıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu il , minalardan təmizləmə geniş miqyasda aparılıb, minlərlə insan öz doğma yurduna dönüb , şəhər və kəndlər yenidən inşa edilib: "Sosial-iqtisadi infrastrukturlar : evlər, yollar, elektrik, su, rabitə, müəssisələr bərpa olunub,

Qeyd etməliyəm ki, 2025-ci il çərçivəsində Böyük Qayıdış proqramı ilə bağlı görülmüş işlər — bərpa, məskunlaşma, investisiya və digər quruculuq tədbirlərini əhatə etmişdir. 2025-ci il üçün ayrılan investisiyaların həcmi görülən işlərin miqyası haqqında təsəvvürü formalaşdıra bilir. Belə ki, Dövlət büdcəsindən “Böyük Qayıdış” üçün xərclərin maliyyənin bu ilin son ayına qədər 22 milyard manata çatacağı planlaşdırılır. Bu vəsait həm yaşayış, həm sosial infrastruktura, həm də kommunal sistemlərinin : yol-elektrik-su-rabıtə bərpası üçün yönəldilir.

İnfrastrukturun bərpası və yenidənqurma işləri çərçivəsində 2025-ci ilin ilk 6 ayında mina və partlamamış döyüş sursatlarından təmizləmə kampaniyası çərçivəsində aparılmış və nəticədə 30 000 hektardan çox ərazi minadan təmizlənmişdir. Eyni dövrdə yeni yaşayış məntəqələrinin tikintisi və məskunlaşdırılması sürətləndirilmiş , Cəbrayıl, Şuşa, Xocavənd, Laçın, Ağdamın kəndlərində ailələr məskunlaşdırılmışdır. Qeyd etməliyəm ki, azad edilmiş bölgələrdə sənaye-zonaları, parklar və müəssisələr yaradılır.

Bu təşəbbüslər məskunlaşan bölgələr sadəcə “yaşamaq üçün yer” deyil, iş və gəlir mənbəyi olmasını şərtləndirir. Nəzərə alsaq ki, bu il qayıdan vətəndaşlara kənd təsərrüfatı subsidiyaları veriləcəyinə dair qərar qəbul olunub , məhsul əkini və taxıl becərilməsi subsidiyaları, əkilən torpaqlar üçün lqotlar və s. — bu da qayıdanların vətəndaşlarımızın kənd təsərrüfatı ilə məşğul olmalarını təşviq etmək üçündür. Bunu qeyd etməliyəm ki, quruculuğun mənəvi tərəfi — təkcə binaların, yolların və infrastrukturların inşası deyil, həm də insanların yaddaşının, kimliyinin və ümidlərinin yenidən bərpasıdır prosesidir. Bu proses doğma torpağa dönüşün yaratdığı mənəvi güc və rahatlıq , itirilmiş dəyərlərin dirçəldilməsi və milli qurur və milli birlik hissinin güclənməsi ilə müşayiət olunur. Quruculuq həm də gələcək nəsillərə “biz buradayıq və buranı yaşadırıq” mesajı verən mənəvi iradədir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə