Rusiya qaçırılan ukraynalı uşaqları Şimali Koreyaya göndərib..?

Bu tapıntılar ABŞ Senatına təqdim edilib…

...Rusiya müvəqqəti işğal olunmuş ərazilərdən deportasiya edilmiş bəzi ukraynalı uşaqları Şimali Koreyadakı hərbi düşərgələrə göndərir.

SİA xəbər verir ki, RBC-Ukraine-ın məlumatına görə, regional insan haqları mərkəzinin eksperti Yekaterina Raşevskaya bu açıqlamanı ABŞ Senatının dinləmələri zamanı verib.

O, ukraynalı uşaqların hərbiləşdirildiyi və ruslaşdırıldığı 165 hərbi düşərgəni sənədləşdirdiyini bildirib.

Onlar işğal olunmuş ərazilərdə, eləcə də Rusiya və Belarusda, hətta Şimali Koreyada fəaliyyət göstərirlər.

Raşevskaya müvəqqəti işğal olunmuş Donetsk vilayəti ərazisindən olan 12 yaşlı Mixail və Simferopoldan olan 16 yaşlı Lizanın evlərindən 9000 kilometr aralıda yerləşən Şimali Koreyadakı düşərgəyə göndərildiyi şəklini paylaşıb.

…Bu düşərgədə uşaqlar "yapon militaristlərini" məhv etməyi öyrənir və 1968-ci ildə USS Pueblo-ya hücum edərək doqquz Amerika əsgərini öldürən və yaralayan Koreya veteranları ilə tanış olurlar.

Bunu hüquq müdafiəçisi bildirib.

…Xatırladaq ki, Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets bildirib ki, tammiqyaslı işğalın başlanğıcından bəri Rusiya Ukraynadan 19.500-dən çox uşağı deportasiya edib. Onlar, digər yerlərlə yanaşı, Rusiya və Belarusa köçürülür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə