Ağ Evin mətbuat xidmətinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsinin müəllifi senator Lindsi Qrem ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, görüş Oval Ofisdə Dövlət Katibi Marko Rubionun iştirakı ilə baş tutub.
Qeyd edək ki, Qrem sərt anti-Rusiya mövqeyi ilə tanınır və əvvəllər Rusiya enerjisini alan ölkələrin mallarına 500 faiz tarif tətbiq edən qanun layihəsini təqdim edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, "Prezident Oval Ofisi Dövlət Katibi Marko Rubio və senator Lindsi Qrem ilə birlikdə tərk edib".
Noyabr ayında Tramp ABŞ senatorları Lindsi Qrem və Riçard Blumental tərəfindən Rusiya ilə işgüzar münasibətləri davam etdirən ölkələrə qarşı "çox sərt" tədbirlər tətbiq edəcək qanun layihəsini dəstəklədiyini təsdiqləyib.
Qanun layihəsinə 500 faizə qədər tariflər daxildir və İranı da əhatə etmək üçün genişləndirilə bilər.
ABŞ prezidenti hesab edir ki, sanksiyalar paketi Moskvaya və onun ticarət tərəfdaşlarına təzyiq göstərmək üçün bir vasitə kimi xidmət etməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB