Yapon biznesi Tokionu ABŞ danışıqlarında səhv etməkdə günahlandırır

Yeni tariflər Yaponiya, Cənubi Koreya, Malayziya və Taylanda təsir edib.

ABŞ prezidenti Donald Trampın yapon mallarına 25 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Yaponiya biznes liderləri hökuməti ABŞ ilə ticarət danışıqlarında yanlış hesablamalara görə tənqid ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” yazır

Suntory-nin baş direktoru və Yaponiya Korporativ Direktorlar Assosiasiyasının sədri Takeşi Niinami Tokionun tariflərdən tam azad edilməsi tələbinin “böyük səhv” olduğunu söyləyib. Onun sözlərinə görə, yapon danışıqları aparan şəxslər Trampın qətiyyətini lazımi səviyyədə qiymətləndirməyiblər və ən azı 10 faiz dərəcəsi ilə razılaşmaq fürsətini əldən veriblər.

...Onlar vaxtın Yaponiyanın tərəfində olduğunu düşünürdülər. "Bu, yanlış fikir idi".

Niinami bunu “Financial Times”-a bildirib.

O, xəbərdarlıq edib ki, Tokio iyulun 20-də baş nazir Şiqeru İşibanın hakim Liberal Demokratik Partiyasının mövqelərini itirmək riski daşıdığı yuxarı palata seçkilərinə qədər razılığa gəlmək üçün vaxt itirir.

...Tramp Cənubi Koreya, Malayziya və Tailand da daxil olmaqla yeni tarifləri açıqlayıb. Onlar avqustun 1-dən qüvvəyə minəcək.

Yaponiyanın ABŞ ilə danışıqları hər iki tərəfin nikbin bəyanatlarına baxmayaraq, dalana dirənib.

Analitiklərin fikrincə, Tokionun Amerika düyü və avtomobillərinin idxalından imtina etməsi mənfi təsir göstərib.

Mütəxəssislər bildirirlər ki, Yaponiya avqusta qədər razılaşma əldə etmək istəyirsə, daha praqmatik mövqe tutmalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə