Gürcüstan və Özbəkistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisidə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Sadıqov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Bildirilir ki, nazirlər iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərini müzakirə ediblər, qarşılıqlı şəkildə yüksəksəviyyəli səfərlərin vacibliyi və səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Görüşdə, eyni zamanda, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olub. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafında Gürcüstanın və Özbəkistanın birgə əməkdaşlığı qeyd olunub.

Nazirlər, həmçinin regionda təhlükəsizlik mühitini müzakirə edib, sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, Gürcüstan-Özbəkistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib. Parlament əməkdaşlığının xüsusi rolu vurğulanıb, mədəniyyət, təhsil, elm, turizm və idman sahələrində əlaqələrin dərinləşdirilməsinin zəruriliyi bildirilib.

Görüş çərçivəsində Gürcüstan və Özbəkistan XİN-ləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb

Bütün xəbərlər Facebook səhifəmizdə