İtaliyada bir nəfər uçuş-enmə zolağında təyyarənin mühərrikinə sovrulub

İtaliyanın Berqamo bölgəsindəki “Orio al Serio” hava limanında bir nəfər havaya qalxmağa hazırlaşan təyyarənin mühərrikinə sovrularaq ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şahidlər təxminən 35 yaşlarında olan həmin kişinin təhlükəsizlik işçilərindən qaçaraq havaya qalxmağa hazırlaşan təyyarəyə doğru hərəkət etdiyini deyiblər. Uzun müddət aeroportun uçuş-enmə zolağında dayanan “Volotea” aviaşirkətinin təyyarəsi ətrafında onlarla təhlükəsizlik işçisi gərgin işləyib. Həmin şəxsin hava limanına kənardan girdiyi bildirilir.

Aeroportun fəaliyyəti bir saatdan çox dayandırılıb. Hava limanında 12 uçuş reysi ləğv edilib, 8 gələn reys başqa hava limanlarına yönləndirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə