“Araz-Naxçıvan” Türkiyədə ilk yoxlama oyununu keçirəcək

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirəcək. SİA xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə